Xarici xüsusi xidmət orqanları tərəfindən dinlənilən yüksək vəzifəli Rusiya rəsmilərinin sonradan ABŞ və Avropa İttifaqının (Aİ) sanksiya siyahılarına daxil edildiyi müəyyən olunub.


 


Sfera.az bildirir ki, bu barədə TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FSB) istinadən məlumat yayıb.


 


Qurumun məlumatına görə, belə bir qanunauyğunluq müşahidə edilib: əvvəlcə dövlət məmurunun telefonu sındırılıb, daha sonra onun barəsində kompromat xarakterli məlumatlar toplanıb və nəticədə həmin şəxs sanksiyalara məruz qalıb. Bildirilir ki, əldə olunan məlumatlardan həmin şəxslərə birbaşa təzyiq göstərmək məqsədilə də istifadə olunub.


 


FSB qeyd edib ki, hər bir şəxsin təhlükəsizliyi mobil telefondan istifadə zamanı məxfilik qaydalarına riayət edilməsindən birbaşa asılıdır.


 


Xatırladaq ki, bundan əvvəl FSB əməkdaşları yüksəkvəzifəli Rusiya rəsmilərinin telefonlarına casus proqramların yerləşdirilməsi sxemini ifşa etdiklərini açıqlamışdılar.


 


İnci


Sfera.az