Rəqqasə Fatimə Fətəliyeva anasının vəziyyətinin ağır olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, Fatimə anasının xəstəxanada olduğunu, hələ də səhhətinin yaxşılaşmadığını bildirib.
“Allahım, anamı öz mərhəmətinlə qoru. Xəstəliyini şəfaya, ağrılarını rahatlığa çevir. Ona sağlamlıq, güc və səbr ver. Bu çətin günləri xeyirlə geridə qoymağı nəsib et” deyə, Fatimə paylaşımında yazıb.
Qeyd edək ki, rəqqasə anasının reanimasiyaya yerləşdirildiyini demişdi.axsam.az