Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial mediada haqqında yazılan mənfi rəylərə münasibət bildirib.


 


Sfera.az xəbər verir ki, aktrisa botoks etdirməsi ilə bağlı deyilənləri yalanlayıb.


 


"Şərhlərinizi oxuyuram. Botokslarımdan yapışmısınız. "Nəsrin, botokslarını azalt, gözünüz, qaşınız görünmür" deyə yazmısınız. Baxın, belə botoks görmüsünüz? Qaşlarımı bəyənməmiş ola bilərsiniz, ona bir şey deyə bilmərəm. Çünki özümə də qəribə gəlir. Yəqin, bu yaşda bir qadının bu qədər təbii görünməsinə öyrəşməmisiniz. Xoşbəxtəm. Qaldı ki, botoks etdirsəm, kimə nə? Ya da yanağımın köklüyü aktrisalıq qabiliyyətimi görməyinizə əngəl olur? Dua Lipa da qalın qaşlı, toppuş yanaqlıdır. Ona da belə şərhlər yazırsınız?" deyə, Nəsrin bildirib.\axsam.az