Bəzi sosial şəbəkə vasitələrində tanınmış aktyor Elməddin Cəfərovun ölüm xəbəri yayılıb. Belə ki, sənətçinin fotosundan istifadə edərək "TikTok" sosial şəbəkəsində guya vəfat etməsi ilə bağlı paylaşım edilib.
"Yeni Sabah" xəbər verir ki, News24.az məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlayıb. E. Cəfərov saytımıza açıqlamasında bildirib ki, bu paylaşımlar reytinq üçün edilir:
“Hansısa şərəfsiz paylaşıb. Nə etmək olar? “Like” və şərhə görə edirlər. Mənim özümün də bundan xəbərdaram. Bir az əvvəl dostlarım atmışdı. Düzgün deyil. Reytinq üçün belə şeylər etməyə gərək yoxdur". Dominos pizza
Telegram kanalımız