Türkiyəli məşhur müğənni Serdar Ortaç uzun illərdir küsülü olduğu sənətçi Ebru Gündeş-ə barışıq mesajı göndərib.


 


Sfera.az xəbər verir ki, Ortaç üçün xüsusi “Saygı1” layihəsi çərçivəsində hörmət konserti təşkil olunacaq. Layihənin təşəbbüskarı olan tanınmış fenomen Oğuzhan Uğur sosial media hesabında paylaşım edərək yeni proqramın məhz Serdar Ortaça həsr olunacağını açıqlayıb.


 


Daha əvvəl müxtəlif sənətçilərə ithaf edilən bu xüsusi konsept bu dəfə türk pop musiqisinin tanınmış simalarından biri olan Ortaç üçün hazırlanır.


 


Xatırladaq ki, Serdar Ortaç və Ebru Gündeş uzun illərdir münasibət saxlamır. İkilinin arasında gərginlik 2013-cü ildə, Gündeşin həyat yoldaşı Reza Zarrab-ın saxlanılması dövründə Ortaçın ona dəstək verməməsi səbəbindən yaranıb.


 


Konsert hazırlıqları davam edərkən pərəstişkarlar Ebru Gündeşin səhnəyə çıxıb-çıxmayacağını maraqla gözləyir. Müğənnidən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


 


Bu arada, Serdar Ortaç sosial media hesabında Ebru Gündeşlə illər əvvəl çəkilmiş fotosunu paylaşaraq “Gel artık Ebru” (Artıq gəl, Ebru) sözlərini yazıb. Bu addım onun barışıq üçün “zeytun budağı” uzatması kimi qiymətləndirilir.


 


Hazırda diqqətlər Ebru Gündeş-in verəcəyi mümkün cavaba yönəlib.


 


 


Mənsumə




Sfera.az