“Sabah”da növbəti ayrılıq yaşanıb.
Sfera.az xəbər verir ki, paytaxt təmsilçisi kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
27 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti yenilənməyib. Seydiyev “Sabah”ın heyətində ümumilikdə 186 oyuna çıxıb və 7 qol vurub.
Milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçu kimi yadda qalıb. O, “Sabah”la bir dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən “Sabah”ın formasını geyinirdi./Teleqraf