Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun ulduzu Kriştianu Ronaldonun transfer dəyəri 10 milyon avroya düşüb.


 


Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Transfermarket.com” saytı məlumat yayıb. 


 


Son olaraq onun dəyəri 12 milyon avro idi. 


 


Qeyd edək ki, Kriştianu Ronaldo cari mövsüm “Əl-Nəsr”lə çempion olub.