1980-ci illərin məşhur pop ulduzu Kim Uayld dünya şöhrətli sənətçi Maykl Cekson ilə qastrol səfərinə çıxdıqdan sonra musiqi karyerasını tərk etməyi düşündüyünü açıqlayıb.


 


Sfera.az xarici KİV-ə istinadən bildirir ki, müğənninin sözlərinə görə, 1988-ci ildə Maykl Ceksonla eyni turda iştirak etməsi ona həddindən artıq şöhrətin görünməyən tərəflərini göstərib.


 


Kim Uayld bildirib ki, Maykl Ceksonun şöhrətinin onu necə təcrid etdiyini görmək onda ciddi təəssürat yaradıb:


 


“1988-ci ildə Maykl Ceksonla qastrol səfəri mənə ifrat şöhrətin nə qədər qorxulu olduğunu göstərdi. Bu, insanı qızıl qəfəsdə yaşamağa məcbur edir. Onun nə qədər tənhalaşdığını gördüm və dəstək ifaçısı olduğum üçün özümü xoşbəxt hiss etdim”.


 


Müğənni qeyd edib ki, həmin dövrdə özü həm dünya səyahətlərinə çıxır, həm də normal həyatını davam etdirə bilirdi. Bu təcrübə isə onda musiqi sənayesindən uzaqlaşmaq və başqa sahədə özünü sınamaq istəyi yaradıb.


 


65 yaşlı sənətçi sonradan övladlarını böyütmək üçün musiqidən bir müddət uzaqlaşıb və bağçılıq sahəsinə yönəlib. O, 36 yaşında bağçılıq üzrə təhsil alaraq yeni karyera qurub və bu sahədə də uğur qazanıb.


 


Qeyd edək ki, Kim Uayld 1981-ci ildə təqdim olunan “Kids in America” mahnısı ilə dünya şöhrəti qazanmışdı.


 


İnci


Sfera.az