Türk pop musiqisinin məşhur simalarından biri olan Sinan Akçıl pərəstişkarlarını narahat edən xəbər ilə gündəmə gəlib. 


 


Sfera.az xəbər verir ki, Akçıl yaxın günlərdə üzərində çalışdığı və musiqisevərlərin səbirsizliklə gözlədiyi “Yaz Bi Şarkı” layihəsinin çəkilişləri zamanı qəza ilə üzləşib. Çəkiliş meydançasında baş verən hadisə nəticəsində müğənninin ayağı xəsarət alıb və 14 tikiş qoyulub.


 


Sənətçi xəstəxanadan paylaşdığı fotosunu “Instagram” hesabında yayımlayaraq pərəstişkarlarından dualarını əsirgəməmələrini xahiş edib. 


 


O, paylaşımında bildirib ki, çəkiliş zamanı baş verən bu hadisə gözlənilməz olub və vəziyyətlə bağlı detalları daha sonra açıqlayacaq.


 


Hazırda Sinan Akçılın vəziyyətinin stabil olduğu bildirilir və pərəstişkarları onun tezliklə sağalması üçün dəstək mesajları göndərirlər.


 


Mənsumə 




Sfera.az