“Yeganə ölkədir ki, ölkədə yaşayan ən böyük etnos özünə “türk” deməyə peşmandır. Hamı özünü adı ilə çağırır, bircə türklərdən başqa. “Türk” deyəndə də olursan, millətçi, faşist, separatçı..”.


“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Murad Arif sosial şəbəkə hesabında yazıb.


O bildirib ki, Azərbaycanda etnik kimliyini “türk” kimi ifadə edən insanların bəzən mənfi münasibətlə qarşılaşmasından narahatdır: Dördpendirli pizza


“Azərbaycanlı siyasi addır, hamımız azərbaycanlı adı altında vətəndaş kimliyinə sahibik. Türk də, talış da, tat da, udin də, ləzgi də, rusumuz da, yəhudimiz də azərbaycanlıdır. Axı bir də milli kimlik var?! Hər kəs öz millətini sevəndə, tarixininin, mədəniyyətinin təbliğatını aparanda problem olmur, etnik olaraq türk olan biri bunu edəndə avtomatik olaraq irqçi damğası yeyir”.


Müğənni vurğulayıb ki, digər xalqların nümayəndələri öz tarixlərini və mədəniyyətlərini təbliğ etdikdə bunun normal qarşılandığını, lakin türklüklə bağlı fikirlər səsləndirən şəxslərin bəzən fərqli münasibətlə üzləşdiyini düşünür:


“Əzik və heyvərə adamlar var ki, Türklük, türkçülük, Turan, türk dili, Gök Tanrı, Tenqrizm (halbuki deistəm) haqqında xoş fikir bildirən kimi qarınlarına qor dolur və üfunətləri ilə səhifəmə tökülüşürlər. Yəni polemika yox a, “qan-qan” deyirlər. Bu nə həyasızlıq? Bu nəyin narahatlığı və özgüvənsizliyidir ki, sizdə? Özünü məndən üstün, savadlı, bilgili sanıb, mənə “manıs” deməyiniz ayrı bir istehzadır. Yanaşı otursaq dünya görüşü, mütaliə, ədəbdəbən dərs deyəcəyim adamlar... Yəni sizin dediyiniz manıs olsaydım, bu qədər yandırmazdı, hər halda”.


Aytac Əliyeva



Telegram kanalımız