Türkiyədə bədəlli hərbi xidmətin məbləği artırılacaq.


 

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Müdafiə Nazirliyi məlumat açıqlayıb. 




Nazirlik ödənişlərin dövlət qulluqçusunun aylıq əmək haqqı əmsalına uyğun olaraq yenilənəcəyini və artacağını bildirib. Hazırda hərbi xidmətdən azadolma üçün müraciət edənlər 416 361 30 türk lirəsi (15 360 manat) ödəyirlər. Lakin bu məbləğin iyul ayından etibarən təxminən 14 faiz artaraq 475 000 lirəyə (16-17 min manat) çatacağı gözlənilir.




Qeyd edək ki, Türkiyədə 2019-cu ildən davamlı olaraq hərbi xidmətə getməmək üçün ödəniş edilməsi təcrübəsindən istifadə edilir. Bu sistemə müraciət edən şəxslər müəyyən olunan rüsumu dövlətə ödəməklə, sadəcə 28 günlük təməl hərbi təlim keçərək hərbi xidmət öhdəliyini tamamlayırlar. 




Bədəlli hərbi xidmət – vətəndaşların qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət öhdəliyini dövlət büdcəsinə müəyyən məbləğdə pul (rüsum) ödəməklə və daha qısa müddətli təlim keçməklə yerinə yetirməsi sistemidir.


 


Vasif

Sfera.az