Tünzalə Ağayeva pərəstişkarlarını yeni musiqili layihəsi ilə sevindirib.
“Yeni Sabah” xəbər verir ki, bir neçə gün öncə Xalq artistinin anons etdiyi “Sevgi həvəsi” adlı yeni iş artıq işıq üzü görüb.
Mahnının sözləri və musiqisi İsmayıl Əliyevə, miks və masterinq isə Emin Karima məxsusdur. Marqarita pizza
Müğənni yeni mahnı üçün klip də çəkdirib amma bu dəfə fərqli formatda. Ekran işi tamamilə süni intellektlə hazırlanılıb. Klipdə Ağayevanın 2024-cü ildə çəkilən fotosessiyasından istifadə olunub.
Klipi Fəqan Əsədov, İlham Şükürlü, Məmməd Quliyev ərsəyə gətiriblər.
Yanıtla
Telegram kanalımız