Gözəlliyi ilə illərdir diqqət mərkəzində olan aktrisa Nebahat Çehrə kosmetik cərrahiyyə ilə bağlı fikirlərini açıqlayıb.
Sfera.az xəbər verir ki, 82 yaşlı sənətçi üzündə estetik əməliyyat etdirməkdən çəkin¬diyini bildirib.
Qırışlarını sevdiyini vurğulayan Çehrə bu barədə belə danışıb:
“Qırışlarım var. Amma üz dartdırmaqdan qorxuram. Üstəlik, qırışlarımı sevirəm”.
Aktrisa son aylarda niyə ekranlardan uzaq qalmasına da aydınlıq gətirib:
“Hazırda işləmək istəmirəm. Yarımtəqaüdçü həyat tərzi sürürəm və həyatın dadını çıxarıram. Yalnız məni həqiqətən həyəcanlandıran bir layihə olsa onu qəbul edərəm”.
Qeyd edək ki, 1960-cı illərin əvvəllərində kino karyerasına başlayan Nebahat Çehrə həm kinoda, həm də televiziya layihələrində canlandırdığı yaddaqalan obrazlarla geniş tamaşaçı sevgisi qazanıb.
Mənsumə
Sfera.az