Uzun müddətdir dostu və "Dostlar" serialının həmkarı Liza Kudrow ilə "Actors on Actors" layihəsi üçün görüşən Cennifer Eniston keçmiş sevgilisi Bred Pitt haqqında danışıb.


 


Sfera.az bildirir ki, əfsanəvi serialda təxminən on il birlikdə rol alan ulduzlar, 1994-cü ildən 2004-cü ilə qədər ikonik sitkomda paylaşdıqları ən yaxşı anlardan bəzilərini xatırladıblar. 


 


62 yaşlı Liza ilə birlikdə Fibi Baffey rolunu canlandıran 57 yaşlı aktrisa, serialın on illik yayımı ərzində qonaq rollarda iştirak edən Hollivud ulduzlarının siyahısını xatırladıb.


 


Qonaq ulduzlar arasında Bred Pitt, Brüs Uillis, Culiya Roberts və İzabella Rossellini də olub. Bred, Monika və Rossun Reyçeldən nifrət edən keçmiş orta məktəb dostu Uill Kolbert rolunda kameo rolunu canlandırıb.


 


İlk dəfə 1998-ci ildə birlikdə fotoları çəkilən cütlük, 2000-ci ildə Malibuda dəbdəbəli bir mərasimlə evlənib. 2005-ci ildə ayrılan cütlük tez bir zamanda Hollivudun ən gözəl cütlüklərindən birinə çevrilmişdi.


 


Bredin Ancelina Coli ilə romantikası həmin ilin sonlarında başlayıb. Onlar ilk dəfə "Cənab və xanım Smit" filminin çəkilişləri zamanı tanış olublar.


 


Lakin Bred və Cennifer Eniston o vaxtdan bəri isti dostluq münasibətlərini qoruyub saxlayıblar.  Pitt 2019-cu ildə keçmiş sevgilisinin ulduzlarla dolu 50 illik yubiley məclisində iştirak edib.


 


Aynil