Müğənnilərin toy qiymətləri illərdir cəmiyyətin maraqla izlədiyi mövzulardan biridir. Kimin bir neçə saatlıq çıxış üçün nə qədər qonorar aldığı, hansı sənətçilərin daha çox tələbat gördüyü və toy bazarında qiymətlərin necə formalaşdığı hər zaman müzakirə mövzusu olub. Lakin toy məclislərində təkcə ifaçının adı deyil, onun populyarlığı, repertuarı, məclisi idarə etmək bacarığı və hətta mövsüm amili də qiymətlərə təsir göstərir.
Son illər toy bazarında müşahidə olunan dəyişikliklər müğənnilərin qonorarlarına da öz təsirini göstərib. Bəziləri qiymətlərini artırıb, bəziləri isə rəqabət şəraitinə uyğun olaraq yeni strategiyalar seçib. Maraqlıdır, hazırda ən çox tələb olunan sənətçilər kimlərdir və onların bir toy məclisindən qazancı nə qədərdir? Bu sualın cavabı həm toy etməyə hazırlaşanları, həm də şou-biznesi yaxından izləyənləri düşündürür.
“Yeni Sabah” müğənnilərin fantastik toy qiymətlərinin siyahısının ikinci hissəsini təqdim edir: Pepperoni pizza
1. Xalq artisti Aygün Kazımova toyda yalnız 7 mahnı ilə çıxış edir və bütöv məclisdə iştirak etmir. 7 mahnının qiyməti isə 12 min manatdır.
2. Xalq artisti Nazpəri Dostəliyeva toy məclislərində 1 saatlıq çıxış üçün 6 min, bütov toy məclisini aparmaq üçün isə 15 min manat vəsait tələb edir.
3. Əməkdar artist Aybəniz Haşımova məclislərdə yalnız yarım saatlıq çıxış edir və 6500 manat qonarar əldə edir.
4. Əməkdar artist Fərqanə Qasımova musiqiçiləri ilə birlikdə məclisdə iştirak etmək üçün yarım saatlıq çıxış üçün 6 min, 1 saat üçün isə 8 min manat qazanc əldə edir. Əgər məclisə musiqiçilərsiz gəlsə, o zaman yarım saatlıq çıxış üçün 4 min, 1 saatlıq iştirak üçün isə 6 min manat qonarar əldə edir.
5. Təranə Qumral və Musa Musayev cütlüyü toy məclislərində yarım saatlıq iştirak üçün 2 min, 1 saat üçün 3 min, bütöv toy məclisini aparmaq üçün isə 8 min manat vəsait tələb edirlər.
6. Sevil-Sevinc bacıları Bakıda yarım saatlıq məclislərdə iştirak etmək üçün 4.500 manat vəsait tələb edirlər. Bütöv toy məclislərində isə iştirak etmirlər.
7. Xanəndə Almaxanım Əhmədli məclislərdə yarım saatlıq çıxış üçün 2500, 1 saatlıq çıxış üçün 3500 manat qazanc əldə edir. Bütöv toyu orkestr, oğlan müğənni və aparıcı ilə birlikdə idarə etmək üçün isə 10 min manat vəsait alır.
8. Ayan Babakişiyeva bölgələr üçün 1 saatılıq məclislərdən 7 min, Bakıda baş tutan toy şənliklərindən isə yarım saatlıq çıxış üçün 3.500 manat tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.
9. Aysun İsmayılova isə məclislərdə yarım saatlıq çıxış üçün 3500 manat tələb edir. Bütöv toy məclislərini isə şəxsi ansamblı və Rəqsanə İsmayılova ilə birlikdə 15 min manata idarə edir.
10. Meyxanaçı Namiq Qaraçuxurlu iştirak etdiyi məclislərdə 6 mahnı ifa edir və bu çıxış üçün 5 min manat qonarar tələb edir.
11. Nadir Qafarzadə toylarda yarım saatlıq çıxış üçün 3 min, 1 saatlıq ifa üçün isə 5 min manat vəsait əldə edir.
12. Natavan Həbibi yarım saatlıq çıxış üçün 7 min manat, 1 saatlıq çıxış üçün 10 min manat, bütöv toy məclisini aparmaq üçün isə 15 min manat qazanc əldə edir. İfaçı öncədən 1000 manat beh də tələb edir. Məclisin pulunu isə çıxışdan öncə alır.
13. Xatun Əliyeva bütöv toy məclislərində ansambılı ilə birlikdə çıxış edir, qız evindən gəlini götürməyə də gedir və bunun üçün 9 min manat vəsait tələb edir. İfaçı məclislərdə yarım saatlıq çıxış üçün isə 3.500 manat qazanır.
14. Vəfa Şərifova bütöv toy məclisini aparmaq üçün 7 min manat, yarım saatlıq çıxış üçün isə 3500 manat tələb edir.
15. Səidə Sultan toy məclislərində yarım saatlıq çıxış üçün 4 min manat qonarar tələb edir. İfaçı bütöv toy məclislərində iştirak etmir.
Aydan Hacı
Telegram kanalımız