ABŞ alimlərinin apardığı yeni araşdırma göstərib ki, uzun illər əhəmiyyətsiz hesab edilən timus vəzi insanın nə qədər sağlam və uzun ömürlü olacağı barədə mühüm məlumat verə bilər.


 


Timus döş qəfəsində yerləşən və immun sisteminin formalaşmasında iştirak edən orqandır. Alimlər on minlərlə insanın kompüter tomoqrafiyası (KT) görüntülərini süni intellekt vasitəsilə analiz edərək müəyyən ediblər ki, daha sağlam timusa sahib şəxslərdə ürək-damar xəstəlikləri, xərçəng və vaxtından əvvəl ölüm riski daha aşağıdır.


 


Sfera.az xəbər verir ki, timusun vəziyyəti insanın bioloji yaşını və immun sisteminin gücünü göstərən mühüm göstəricilərdən biri ola bilər.


 


Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə timusun vəziyyətinin qiymətləndirilməsi insanların sağlamlıq risklərini daha erkən müəyyən etməyə və fərdi müalicə üsullarının hazırlanmasına kömək edə bilər./Bizim.Media