Türkiyənin tanınmış aktrisası Aleyna Solaker şəxsi həyatında xoş günlər yaşayır. Sevilən aktirisa sevgilisi, iş adamı Berk Boyacıgil tərəfindən edilən evlilik təklifinə “Hə” cavabı verib.
Sfera.az xəbər verir ki, “Kırgın Çiçekler” və “Güller ve Günahlar” serialları ilə tanınan aktrisa tətil üçün getdiyi Fethiye şəhərində gözlənilməz sürprizlə qarşılaşıb. Berk Boyacıgil xüsusi hazırladığı romantik təşkilat zamanı gün batımının füsunkar mənzərəsi fonunda evlilik təklifi edib.
Aleyna Solaker sevgilisinin uzatdığı üzüyü qəbul edərək həyatının ən önəmli qərarlarından birini verib. Cütlüyün yaxın ətrafı onların uzun müddətdir davam edən münasibətlərini yaxın vaxtlarda toyla rəsmiləşdirməyi planlaşdırdıqlarını bildiriblər.
Romantik xəbər sosial şəbəkələrdə və maqazin gündəmində geniş müzakirələrə səbəb olub. Aktrisanın pərəstişkarları və dostları cütlüyü təbrik mesajlarına qərq ediblər.
Məlumata görə, nişanlanan cütlük yaxın günlərdə toy hazırlıqlarına başlayacaq.
Mənsumə
Sfera.az