67 yaşlı amerikalı müğənni Madonna Nyu-York şəhərindəki Times Meydanında sürpriz konsert verib. Pop ikonası çıxışını ənənəvi olaraq iyun ayında keçirilən Qürur Ayının başlanğıcına həsr etdi.




Sfera.az bildirir ki, Madonna səhnəyə “Dolce & Gabbana” tərəfindən hazırlanmış çəhrayı və mavi rəngli buduar geyimində çıxıb. Bu geyimdə korset, corab və buddan yuxarıya doğru bağlanan çəkmələrdən ibarətdir. O, həmçinin şık mavi günəş eynəyi taxırb. Tədbirdən fotolar “İnstaqram@da paylaşılıb.


 


Gənc futbolçu Akeem Morris ilə sevgili olan Madonna Manhettenin mərkəzini açıq hava gecə klubuna çevirib. O, baletlə birlikdə alovlu bir rəqs də ifa edib.


 


Səhnə ulduzu qarşıdan gələn "Confessions II" albomundan mahnıları, eləcə də 2005-ci ildə çıxan "Confessions on a Dance Floor" albomundan bir neçə məşhur trek ifa edib.


 


Şərhlərdə ulduzun pərəstişkarları onun son çıxışından məmnunluqlarını ifadə ediblər.


 


Aynil