Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Beyləqan rayonunda ölümlə nəticələnən zəhərlənmə faktı barədə məlumat yayıb.


 


Sfera.az xəbər verir ki, məlumatda qeyd olunur: "05.06.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 1991-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


 


Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.


 


Pasiyent dərhal Reanimasiya və intensiv terapiya şöbəsində yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib.


 


Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 06.06.2026-cı il tarixində saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb"./teleqraf