“Qanda şəkər normal olsa da, risk davam edə bilər”.
“Yeni Sabah” xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-endokrinoloqu Natiq Cəfərov qan analizlərində ən çox diqqətdən kənarda qalan göstəricilərdən birinin insulin səviyyəsi olduğunu bildirib.
Onun sözlərinə görə, bir çox pasiyent yalnız qlükoza göstəricisinə diqqət yetirir. Halbuki qanda şəkər normal olduğu halda belə insulin səviyyəsi yüksək ola bilər. Bu vəziyyət isə uzun müddət heç bir ciddi əlamət vermədən metabolik pozğunluqların yaranmasına səbəb ola bilər. pizza sifarişi
Həkim qeyd edib ki, yüksək insulin səviyyəsi qarın tipli piylənmə, şirniyyata güclü meyl, günorta saatlarında halsızlıq və yuxululuq, eləcə də arıqlamaqda çətinlik kimi əlamətlərlə özünü göstərə bilər.
Natiq Cəfərov vurğulayıb ki, insulin müqaviməti vaxtında aşkarlanmadıqda 2-ci tip şəkərli diabet riskini artırır. Bu səbəbdən risk qrupuna daxil olan şəxslərin yalnız qan şəkərini deyil, insulin səviyyəsini də yoxlatdırmaları vacibdir.
Endokrinoloq əlavə edib ki, erkən diaqnostika gələcəkdə yarana biləcək fəsadların qarşısının alınmasında mühüm rol oynayır.
Aytac Əliyeva
Telegram kanalımız