Ermənistanda keçirilən seçkilərin ilkin nəticələri əsasında parlamentdə mandat bölgüsünün təxmini mənzərəsi formalaşıb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş ədliyyə naziri Arpine Hovhannisyan sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ermənistan Mərkəzi Seçki Komissiyasının yekunlaşdırdığı nəticələr və müxtəlif hesablamalar əsasında mandatlar aşağıdakı kimi bölüşdürülür:
61 mandat – "Vətəndaş Müqaviləsi" Partiyası
28 mandat – "Güclü Ermənistan" bloku
11 mandat – "Ermənistan" bloku
5 mandat – "Çiçəklənən Ermənistan" Partiyası
Hovhannisyan bildirib ki, mövcud bölgü şəraitində hakim "Vətəndaş Müqaviləsi" Partiyasına parlamentdə 3/5 çoxluğa sahib olmaq üçün cəmi iki səs çatmır. Partiyanın üçdəiki (2/3) çoxluq əldə etməsi üçün isə əlavə 9 mandata ehtiyacı var.
Keçmiş nazir müxalifət nümayəndələrini tələsik mətbuat konfransları keçirməməyə və hakimiyyətin kifayət qədər səsə malik olmadığını bəyan etməyə tələsməməyə çağırıb.
O qeyd edib ki, əvvəlki seçkilərdən sonra da oxşar açıqlamalar səsləndirilib, lakin sonradan müxtəlif səsvermələr zamanı bəzi deputatlar hakim partiyanı dəstəkləyiblər.
"Bu səbəbdən müxalifət hazırkı mərhələdə parlamentə düşən siyahıların möhkəmliyinə və deputatların siyasi etibarlılığına diqqət yetirməlidir. Məsələ yalnız bugünkü mandat bölgüsü deyil, həm də gələcəkdə həmin mandatların və səslərin öz siyasi mövqeyini nə dərəcədə qoruyub saxlayacağıdır",– Hovhannisyan vurğulayıb.
Əzizə
Sfera.az