Müğənni Xuraman Şuşalı tikdirdiyi bağ evini satır.


 


Sfera.az xəbər verir ki, sənətçi bu haqda özü məlumat yayıb. O bildirib ki, 2018-ci ildən bu yana tikdirməyə çalışdığı villanı tamamlamamış satmaq qərarı alıb. 


 


Qeyd edək ki, Xuraman açıqlamasında böyük ev tikdirib, övladları ailə quranda da orada yaşayacaqlarını bildirmişdi. 


 


"Yoldaşımla qazandığımı bu evə qoyuruq. Ev o qədər böyükdür ki, bitirə bilmirik" deyə, sənətçi açıqlamasında demişdi. 


 


Elçin adlı şəxslə ailəli olan Xuramanın 4 övladı var. \axsam.az