Azərbaycan məktəblərində TikTok-a giriş bağlanıb.


“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov iyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.


Onun sözlərinə görə, araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir. Sezar pizza


F.Qurbanov vurğulayıb ki, bu layihədə məqsəd uşaqların sağlamlığını və psixikasını təmin etməkdir: “Aparılan araşdırmalar sosial şəbəkələrdən istifadənin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir. Bir çox ölkələrdə uşaq və yeniyetmələrin sosial şəbəlkələrə çıxışının qanunvericilik müstəvisində tənzimlənməsinə keçid edilib. Avropa ölkələri, ABŞ, Çin buna keçib. Çində bu tənzimləmələrdən sonra maraqlı nəticələr əldə edilib, ekran qarşısında keçirilən vaxt 10 %-dən çox azalıb”.


Nazir müavini deyib ki, bu məsələyə nəzarət o qədər də asan deyil: “Uşaqlar çox vaxt nəzarətdən yayına da bilirlər. Avstraliyada yeniyetmələr bu qadağalarla bağlı Ali Məhkəməyə müraciət ediblər. Belə təcrübələr də var. Biz nazirlik olaraq məktəblərdə bəzi məhdudiyyətlər qoymağa çalışırıq. Hazırda məktəblərdə uşaqların TikTok-a çıxışı bloklanıb.Ümumiyyətlə, məktəblərdə uşaqlareın internetə çıxışına filter tətbiq edilir, 200-dən çox zərərli videolara məhdudiyyətlər qoyulub”.



Telegram kanalımız