Türkiyə şou-biznesinin qalmaqallı simalarından olan Mehmet Ali Erbil növbəti dəfə şəxsi həyatı ilə gündəmə gəlib. 69 yaşlı məşhur şoumen özünə yeni sevgili tapıb.


 


Sfera.az xəbər verir ki, qısa müddət əvvəl Gülseren Ceylanla yollarını ayıran Erbil bu dəfə 21 yaşlı Eylem Çeliklə eşq yaşadığı iddia olunur. Məlumata görə, cütlüyün tanışlığı "TikTok" platformasında baş tutub.


 


Qeyd edək ki, Gülseren Ceylanla ayrılığından sonra özünü günahkar bilən şoumen: “Səhvlərin 99%-i məndən qaynaqlanırdı. Buna xəyanət yox, kişi kimyası deyək" ,– deyə açıqlaması ilə diqqət çəkib.


 


Maraqlı məqam isə budur ki, 3 övlad atası olan Erbilin kiçik qızı Yasmin Erbilin 30 yaşı var. Yəni şoumenin yeni sevgilisi onun öz qızından da kiçikdir.


 


Bəsti Rəfizadə


Sfera.az