Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini Avropa İttifaqına daha da yaxınlaşdırmaq üçün yeni addımlar atmağa hazırlaşır.
Sfera.az bildirir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.ə
Nəşrin yazdığına görə, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının Avropaya inteqrasiya tərəfdarı olan siyasi qüvvələrlə əməkdaşlığı Ermənistanın Aİ ilə yaxınlaşmasına töhfə verə bilər.
Bununla belə, məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyəti xarici siyasətini Moskva və Brüssel arasında seçim kimi təqdim etməkdən çəkinir.
Xatırladaq ki, iyunun 8-də Ermənistanda keçirilən parlament seçkilərində bütün seçki məntəqələri üzrə səslərin hesablanması başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qələbə qazandığını açıqlayıb.
İnci
Sfera.az