Qida birbaşa insanın xarici görünüşünə təsir göstərir.
Sfera.az bildirir ki, bu barədə tibb elmləri namizədi, dermatoveneroloq və Artleo Clinic-in təsisçisi və baş həkimi Yekaterina Vasilyeva “Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, insanın qidalanma rejimi həmişə dərinin vəziyyətində öz əksini tapır. Məsələn, orqanizm üçün vacib olan heyvani zülalın çatışmazlığı dəridə quruluq, solğunluq və boz rəngli görünüş yarada bilər.
O, həmçinin qeyd edib ki, alkoqol kollagen liflərini məhv edərək dərinin daha tez qocalmasına səbəb olur. Vasilyeva vurğulayıb ki, təkcə qeyri-sağlam həyat tərzi deyil, eyni zamanda vitamin və qida maddələrinin çatışmazlığı da xarici görünüşə ciddi təsir edir.
Mütəxəssis arıqlamaq üçün geniş yayılan aralıqlı aclıq (intermittent fasting) pəhrizinə də diqqət çəkib. Onun sözlərinə görə, bu üsul xüsusilə 40 yaşdan sonra qadınlarda əzələ kütləsinin azalmasına gətirib çıxara bilər və bu, xarici görünüşə mənfi təsir göstərir.
Həkim bildirib ki, düzgün qidalanma gün ərzində zülalın mütəmadi qəbulunu nəzərdə tutur. Zülalın tamamilə rasiondan çıxarılması, fiziki aktivliyin azlığı və hormonal dəyişikliklər həm sağlamlığa, həm də görünüşə ciddi zərər verə bilər.
İnci
Sfera.az