“Daha 17” serialında Aras obrazını canlandıran Çağan Efe Akın ilə Çağatay Ulusoy arasındakı oxşarlıq sosial mediada geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, “Kanal D” kanalında yayımlanan və "Pastel Yapım" tərəfindən ərsəyə gətirilən serialın ilk bölümü efirə gedəndən sonra sosial mediada iki aktyor arasında paralellər aparılıb.
Qeyd edək ki, bazar günləri “Kanal D” ekranlarında yayımlanan layihənin ilk bölümü “YouTube” platformasında 13 milyondan çox baxış toplayaraq böyük maraq qazanıb. Serialın diqqətçəkən məqamlarından biri də Çağan Efe Akının illər əvvəl "İçerde" serialında Çağatay Ulusoyun canlandırdığı Sarp Yılmaz obrazının uşaqlıq dövrünü canlandırmasıdır.Sosial şəbəkə istifadəçiləri “Çağan, Çağatay Ulusoyun izi ilə gedir”, “Həyat təsadüfləri sevir” və “Oxşarlığın adı: Çağantay” kimi şərhlərlə iki aktyor arasındakı bənzərliyi vurğulayıblar. Paylaşılan video və montajlar isə qısa müddətdə böyük izlənmə və bəyənmə sayısı əldə edib.
Mənsumə
Sfera.az