"Dəvət etdiyim, toya gəlməyənlər oldu. Adam var ki, toya gəlməyənə zəng edir ki, pulu at kartıma, sənə borcum yoxdur. Mən elə edə bilmərəm. Gəlməyənin canı sağ olsun".


 


Sfera.az xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Günə uğurla" verilişində deyib. Sənətçi dəvət etdiyi bir çox insanın oğlu Şahmalının toyuna gəlməməsindən danışıb: 


 


"Hər şey qarşılıqlıdır. Allah hamının başına bala toyu görməyi gətirsin. Məni çağıranda da getməyəcəyəm, zəng vurub üzrxahlıq da etməyəcəyəm. Amma çox adam da oldu ki, onu mən toya çağırmadım".axsam.az