57 yaşlı müğənni Mark Entoni ilə həyat yoldaşı, 26 yaşlı "Miss Paraqvay 2021 gözəli" Nadya Ferreyra məclis təşkil edib.
Sfera.az xəbər verir ki, ifaçı hələ dünyaya gəlməmiş 8-ci övladının şərəfinə yaxınlarını bir araya toplayıb. Cütlük qızlarının olacağını elan ediblər.
Qeyd edək ki, Entoninin müğənni-aktrisa Cennifer Lopeslə nikahından 2008-ci ildə Maks və Emmi adlı əkiz övladları dünyaya gəlib. Nadiya Ferreyra ilə evliliyi ifaçının dördüncü nikahıdır. Entoni Nadiya ilə 2023-cü ildə ailə qurub və elə həmin il onların Marko adlı oğlu olub. Ümumilikdə Entoninin 7 övladı var.\axsam.az