Türkiyənin məşhur müğənnisi və aparıcısı Seda Sayan açıqlaması ilə yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, son vaxtlar verdiyi müsahibələr və diqqətçəkən fikirləri ilə tez-tez maqazin xəbərlərində yer alan sənətçi bu dəfə həyat yoldaşı Çağlar Öktənlə bağlı açıqlaması ilə müzakirələrə səbəb olub.
Seda Sayan evlilikdə bəzi qırmızı xətlərinin olduğunu bildirərək həyat yoldaşının təkbaşına tətilə getməsinə qarşı olduğunu deyib.
“Mənim həyat yoldaşım niyə mənsiz tətilə getsin ki? Onun mənsiz tətilə getməsinə icazə vermərəm. Nə baş verirsə elə o tətillərdə baş verir”, - deyə sənətçi bildirib.
Sayanın bu sözləri qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. İzləyicilərin bir qismi onu haqlı hesab etsə də digərləri bu cür qaydaların həddindən artıq sərt olduğunu qeyd ediblər.
Mənsumə
Sfera.az