Dondurma bəzi hallarda soyuqdəymə zamanı insanın vəziyyətini yüngülləşdirə bilər.


 


Sfera.az bildirir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux NEWS.ru-ya açıqlamasında bildirib.


 


Həkimin sözlərinə görə, dondurma infeksiyanı müalicə etmir və xəstəliyin səbəbini aradan qaldırmır. Lakin soyuğun yerli ağrıkəsici təsiri var. Belə ki, soyuq qişadakı qan damarlarını daraldır, şişkinliyi azaldır və nəticədə boğaz ağrısı müəyyən müddət ərzində zəifləyə bilər.


 


Mütəxəssis qeyd edib ki, məhz buna görə badamcıqların çıxarılması əməliyyatından sonra xəstələrə tez-tez soyuq qidalar tövsiyə olunur. Həmçinin mürəkkəb stomatoloji müdaxilələrdən sonra buz tətbiq edilir.


 


Kaşuxun fikrincə, əgər insan soyuqdəymə zamanı dondurma yeyəndən sonra özünü daha pis hiss etmirsə, kiçik porsiya zərər verməyəcək.


 


Bununla belə, həkim dondurmanı müalicə vasitəsi kimi qəbul etməməyi tövsiyə edib. 


 


İnci