2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15144 nəfər qeydiyyata alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, ilk dəfə diaqnoz qoyulan 6787-si kişi, 8357-si qadın olub.


 


Ayrı- lokalizasiyalar üzrə ilk dəfə lokalizasiya üzrə 237, qida borusu 3,492 nəfər təşkil edib. Bundan başqa, siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq müayinələr üzrə 199, traxeya, bronx və ağ nəzarəti üzrə 1480, süd vəzisi sorğuları üzrə 2928 nəfərdə xərçəng qeydə alınıb.


 


Bu göstəricilər ilə məlum olub ki, hər gün orta hesabla 41 nəfərə xəstəlik diaqnozu qoyulur.


 


Maraqlıdır, hər gün onlarla insana xərçəng diaqnozu qoyulmasının və sayının artmasının səbəbi nədir?


 


Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, son zamanlar həm bütün dünyada, həm də ölkəmizdə onkoloji xəstəliklər günü-gündən həm artır, həm də cavanlaşır və burada bir sıra faktorlar mövcuddur:


 



 


“Əsas faktorlar arasında ilk sırada qidalanma amili dayanır. Xəstəliklərin yaranmasında qidalanma faktorunun payı təxminən 50-60 faiz təşkil edir. Təbii ki, burada əsasən fast-food qidalardan, çipslərdən, kolbasa və sosislərdən geniş istifadə, həmçinin düzgün qidalanmama qeyd olunur. Bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycan cəmiyyətində insanlar daha çox isti çay içməyi xoşlayırlar. Təbii ki, qida borusu və mədə xərçənginin yaranma səbəblərindən biri də qaynar çayın içilməsidir. Çünki bu zaman isti çay həm qida borusunun, həm də mədənin selikli qişasını zədələyir. Bildiyimiz kimi, onkoloji xəstəliklərin meydana gəlməsinə səbəb olan amillərdən biri də travmalardır”.


 


Mütəxəssis digər səbəblərdən birinin alkoqoldan sui-istifadə və tütün məmulatlarından istifadə olduğunu vurğulayıb:


 


“Xüsusilə də gənclər arasında geniş yayılmış qəlyan və elektron siqaretləri buna misal göstərə bilərəm. Təbii ki, bunlar da onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran əsas səbəblərdəndir. Başqa bir faktor artıq çəkidir. Bilirik ki, əvvəllər bu problem daha çox Amerikada müşahidə olunurdu. Lakin son zamanlar ölkəmizdə də artıq çəkidən əziyyət çəkən insanların sayı sürətlə artır. Bu isə həm onkoloji xəstəliklərin yaranmasına, həm də şəkərli diabetin meydana gəlməsinə səbəb olan əsas amillərdən biridir. Onu da qeyd edim ki, ölkəmizdə elektron siqaretlərin istifadəsinin qadağan olunması istiqamətində atılan addımlar çox mühüm qərardır. Digər əsas səbəblərdən biri də stress faktorudur. Təbii ki, onkoloji xəstəliklərin meydana gəlməsinin səbəblərindən biri də uzunmüddətli stressdir. Bundan başqa, travmaların olması və son zamanlar virusların geniş yayılması da risk faktorları sırasındadır. Məsələn, qaraciyər xərçənginin yaranmasında əsas səbəblərdən biri hepatit B və hepatit C viruslarıdır. Gənc qadınlar arasında uşaqlıq boynu xərçənginin meydana gəlməsinə əsas səbəb HPV virusudur. Mədə xərçənginin yaranmasına səbəb olan amillərdən biri isə Helikobakter pilori adlandırdığımız bakteriyadır. Təbii ki, bütün bunlar onkoloji xəstəliklərin sürətlə yayılmasına gətirib çıxaran əsas amillərdən hesab olunur”.


 


Bəsti Rəfizadə


Sfera.az