Dünyaca məşhur müğənni Selena Qomez və musiqi prodüseri əri Benni Blanko sosial mediada yenidən diqqət mərkəzinə düşüblər.
Sfera.az xəbər verir ki, 33 yaşlı Qomez izdihamlı bir restoranda ərinin sinəsindən öpdüyü anı əks etdirən fotosunu paylaşaraq izləyicilərini iki yerə bölüb. Blankonun “Sənə hər gün daha çox aşiq oluram” şərhi isə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Hollivud və musiqi dünyasının ən populyar cütlüklərindən biri olan Selena Qomez və Benni Blanko münasibətlərini ictimaiyyətlə paylaşmaqdan çəkinmirlər. Cütlük bu dəfə də romantik anlarını izləyiciləri ilə bölüşərək gündəmə gəlib.
33 yaşlı müğənni dərin V-yaxalı qara kofta geyinərək ərinin sinəsini öpdüyü anı kamera qarşısında əks etdirib. 38 yaşlı prodüser isə paylaşımın altına “Sənə hər gün daha çox aşiq oluram” və “Sənin qucağında olanda zaman dayanır” sözlərini yazaraq sevgisini ifadə edib.
Cütlüyün ictimai yerdəki səmimi davranışı sosial mediada fərqli reaksiyalara səbəb olub. Bir qrup izləyici onların romantik anlarını dəstəkləsə də bəziləri bunu həddindən artıq hesab edib.
İzləyicilərdən biri isə əvvəlki “ayaq öpüşü” hadisəsinə istinad edərək yazıb:
“O, onun sinəsindən, Selena isə ayaqlarından öpür. Bu, çox da ədalətli mübadilə deyil”.
Qeyd edək ki, daha əvvəl Qomez Benni Blankonun podkastında iştirak edərkən ərinin ayağını öpmüş və həmin görüntülər də sosial mediada geniş müzakirələrə səbəb olub.
Görünür, cütlüyün paylaşdığı romantik kadrlar uzun müddət gündəmdə qalmağa davam edəcək.
Mənsumə
Sfera.az