Kanadalı pop ulduzu Justin Bieber biznes fəaliyyətini daha da genişləndirir. 32 yaşlı müğənni bu dəfə texnologiya bazarına daxil olmağa hazırlaşır.


"Yeni Sabah" xəbər verir ki, sənətçi özünün "Skylrk" brendi altında hazırlanan yeni audio məhsullarını təqdim edəcəyini açıqlayıb. Biber sosial şəbəkə hesabında paylaşdığı görüntülərlə "Skylrk Audio" layihəsini anons edib.


"Skylrk Audio artıq çox yaxındır. Yenilikləri izləyin", – deyə o bildirib. Dominos pizza


Dünya mediasının yaydığı məlumata görə, yeni məhsul xəttinə müxtəlif ölçülü ev və portativ dinamiklər, simli və simsiz qulaqlıqlar daxil olacaq. Qurğular futuristik dizaynı və parlaq rəng həlləri ilə seçiləcək. Hələlik məhsulların texniki göstəriciləri, qiymətləri və satış tarixi açıqlanmayıb.


Qeyd edək ki, "Skylrk" əvvəlcə geyim, ayaqqabı, gün eynəyi və müxtəlif aksessuarların istehsalı ilə məşğul olub. Brend son illərdə xüsusilə gənclər arasında populyarlıq qazanıb və bu il yeni kolleksiyalarını bazara çıxarmağa başlayıb.


Maraqlıdır ki, bu, Castin Biberin audio avadanlıqları ilə bağlı ilk təşəbbüsü deyil. O, illər əvvəl "Beats by Dre" ilə əməkdaşlıq çərçivəsində xüsusi qulaqlıq seriyasının tanıdılmasında da iştirak etmişdi. Yeni layihədə isə məhsullar ilk dəfə olaraq tamamilə onun öz brendi altında təqdim olunacaq.


Əsmətxanım Rzazadə



Telegram kanalımız