İyunun 17-19-da Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda istifadəyə yararsız və istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv edilməsi zamanı ətraf ərazilərdə partlayış səsləri eşidilə bilər. pizza mizza
Nazirlik vətəndaşları təşvişə düşməməyə çağıraraq, eşidiləcək partlayış səslərinin planlı tədbirlərlə əlaqədar olduğunu və narahatlığa heç bir əsas olmadığını diqqətə çatdırıb.
Aytac Əliyeva
Telegram kanalımız