“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva dəfn edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Nərmin Əliyeva bildirib ki, Məryəm ölümündən sonra da insanlara həyat bəxş edib: pizza mizza
“Balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.
Məryəm Əliyeva iyunun 15-də avtoqəzada həlak olub.
Telegram kanalımız