Dünya çempionatının qrup oyununda Lionel Messinin Əlcəzair futbolçusuna qarşı qayda pozuntusu təkcə azarkeşlər deyil, tanınmış futbolçular arasında da etirazlar doğurub.


“Yeni Sabah” xəbər verir ki, mübahisəli epizoda xeyli şərhlər gəlib.


Hazırda TV aparıcılığı edən Bosniya əsilli keçmiş İsveç futbolçusu Zlatan İbrahimoviç həmin situasiyanı “100%-lik fol” adlandırıb. pizza hut


O bildirib ki, sözügedən qayda pozuntusuna görə argentinalı hücumçuya mütləq qırmızı vərəqə göstərilməli idi.


Braziliyalı Marselo da “SporTV”də Messinin Əlcəzairlə oyundakı hərəkətini eyni cür dəyərləndirib:


“Bu, qırmızı vərəqədir, amma Messi olduğu üçün heç nə baş vermədi”.


Fransalı Tyerri Anri isə bildirib: “Çoxları Messinin cəzalandırılmalı olduğunu deyir. Dönə-dönə baxdıqda onun məhz topu ələ keçirtmək istədiyi görünür, rəqibə ziyan vermək niyyəti güdmür. Bəli, kontakt var, lakin hər toxunuş mütləq şəkildə qırmızı vərəqə ilə cəzalandırılmamalıdır”.


Xatırladaq ki, məlum epizodda argentinalı hücumçu əlcəzairli futbolçunu əllə itələməklə yanaşı, həm də onun dizarxası hissəsindəki əzələsinə zərbə endirir.


Futbol fanatları bu anlarda hakimin səhv qərarını, daha doğrusu, hərəkətsizliyini onun Argentina millisinə rəğbəti ilə izah edirlər.


Polşalı referi Şimon Martsinyak 3 dünya çempionatında Argentina millisinin iştirakı ilə 4 oyunda hakimlik edib.


Nazim Hacıyev



Telegram kanalımız