2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina və Niderland yığmaları arasındakı yarımfinal oyununda Lionel Messinin bir hərəkəti görməzliyə vurulmuşdu.
“Yeni Sabah” xəbər verir ki, Əlcəzairlə qarşılaşmada argentinalı forvardın kobudlu az qala tarixi müzakirətə və böyük etiraza səbəb olduqdan sonra ona aid bir çox qayda pozuntuları yenidən ictimai baxışa çıxarılır.
4 il əvvəlki məlum matç da futbol tarixinə təkcə dramatik gedişatla deyil, həm də meydanda görünməmiş aqressiya ilə yadda qalıb. pizza hut
Turnirin ən gərgin matçlarından biri hesab olunan həmin oyunda Lionel Messi ilə Vircil van Dayk arasındakı qarşıdurma uzun müddət medianın gündəmindən düşməyib.
Messi topu açıq-aşkar əllə saxlayıb. Niderlandın hücumunu əli ilə kəsən ulduz futbolçuya matçın baş hakimi Antonio Mateu Laosun sarı vərəqə verməməsi rəqib komandanın, xüsusən də kapitan Van Daykın kəskin etirazını doğurub. Niderland tərəfi referini qərəzli idarəçilikdə və Argentinaya güzəştə getməkdə ittiham edib.
Gərginlik təkcə yaşıl meydanla məhdudlaşmayıb. Argentina penaltilər seriyasında qələbə qazanaraq yarımfinala yüksəlsə də, emosiyalar mətbuat səhifələrinə daşınıb. Messi canlı yayımda müsahibə verərkən, ona tərəf baxan Niderland hücumçusu Vout Veqorsta sərt şəkildə reaksiya göstərib: “Qué mirás, bobo? - “Nəyə baxırsan, axmaq? İşinlə məşğul ol”)”.
Van Dayk isə oyundan sonra rəibin aqressiv davranışlarına toxunub: “"Onların bu cür hərəkət edəcəyini gözləyirdik, lakin bu, futbolun bir hissəsidir”.
Xatırladaq ki, həmin dünya çempionatında Argentina millisi yekunda qızıl medallara sahib çıxaraq dünya çempionu olub.
Nazim Hacıyev
Telegram kanalımız