“Əslində yay mövsümü insanlara əsəbilik yox, əksinə, daha çox dinamiklik və xoşbəxtlik gətirir. Onların əksəriyyəti qışın yorğunluğunu məhz yay tətillərində çıxarır, buna görə də özlərini xoşbəxt hiss etmələri üçün real əsas yaranır”.
Bu sözləri “Yeni Sabah”a psixoloq Sevinc Həbibova bildirib.
Onun sözlərinə görə, bu dövrdə insanlar daha enerjili, gülərüz və həyata qarşı sevgi dolu olurlar: pizza mizza
“Lakin bunu bütün insanlara şamil etmək olmaz. Çünki bəzi fərdlər yay aylarında artıq çəkidən əziyyət çəkdiklərini düşünərək özlərini depressiv hiss edə bilərlər. Bu və digər səbəblərə görə yay mövsümündə hər kəsin xoşbəxt olduğunu deyə bilmərik. Lakin əksər insanlar özlərini rahat və xoşbəxt hiss edirlər”.
Psixoloq qeyd edib ki, temperatur artımı yaşlı insanlarda bir az depressiv hallara yol aça bilər, çünki bürkülü və isti hava yaşlı adamları ciddi narahat edir:
“Bu, yuxu rejiminə də birbaşa təsir göstərir. İnsanlar yayda daha gec yatmağa meyilli olurlar, lakin səhərlər həm də tez oyanırlar. Qış mövsümündə səhər yuxudan oyanmaq çətin olsa da, yay aylarında bunun tam əksidir. Hətta az yatmaq belə insanların enerjisinə mənfi təsir etmir, əksinə, onlar özlərini daha gümrah hiss edirlər".
Cəlalə Cəlalqızı
Telegram kanalımız