Dünya çempionatının qrup mərhələsindəki Argentina-Əlcəzair matçına dair daha bir kobud qayda pozuntusu aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, həmin epizodda hakimdən təxminən 2 metr aralıda cənubi amerikalı hücumçu dirsəklə afrikalı futbolçuya zərbə endirib.
Sosial media istifadəçiləri bu fola görə də qırmızı vərəqə göstərilməsinə təkid edib. Onlar bildiriblər ki, Messinin də qayda pozuntusu nəzərə alınmaqla, Argentina yığması meydanda 9 nəfərlə qalmalı idi. Marqarita pizza
Telegram kanalımız