İran Futbol Federasiyası Dünya Kuboku zamanı milli komanda oyunçularının səyahətinə qoyulan məhdudiyyətlərlə bağlı FIFA-ya şikayət edəcək.
"Yeni Sabah" Guardian-a istinadla xəbər verir ki, Federasiyanın açıqlamasında deyilir:
"İran Futbol Federasiyası rəsmi olaraq öz qəzəbini bildirəcək və FIFA-ya rəsmi şikayət edəcək". pizza sifarişi
Milli Bazar günü yerli vaxtla saat 12:00-da keçiriləcək Belçika ilə oyundan 24 saat əvvəl Meksikadan Los-Ancelesə uça biləcəkr. İran oyundan 2 gün əvvəl ABŞ-yə gəlmək üçün icazə istəyib, çünki oyun erkən başlayır və komandanın iqlimə uyğunlaşması üçün vaxta ehtiyacı var.
Federasiya israr edir ki, təşkilatçıların tətbiq etdiyi bu məhdudiyyətlər bütün iştirakçılar üçün bərabər şərait prinsipinə uyğun deyil və oyuna hazırlıqlara mənfi təsir göstərə bilər.
Narazılıq həm də İran oyunçularının Los-Ancelesdə Yeni Zelandiya ilə oyundan dərhal sonra, ertəsi gün deyil, Meksikadakı məşq bazalarına qayıtmağa məcbur edilməsi ilə də yaranıb ki, bu da onların daha yaxşı sağalmasına imkan verərdi.
İran milli komandası, digər Dünya Kuboku iştirakçılarından fərqli olaraq, ABŞ-də deyil, Meksikada yerləşib. Qrup mərhələsində iranlılar ABŞ-də Belçika və Misirlə oynayacaqlar.
Komanda ilk turda Yeni Zelandiya ilə heç-heçə edib.
Telegram kanalımız