UEFA Avro-2028-də məcburi su fasilələrinin tətbiqini planlaşdırmır.
"Yeni Sabah" Telegraph-a istinadla xəbər verir ki, hazırda ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-da hər matç zamanı 3 dəqiqəlik su fasilələri elan olunur.
UEFA-nın mövcud qaydalarına əsasən isə belə fasilələrlə bağlı qərar hər oyun üçün ayrıca qəbul olunur. Məcburi su fasilələri yalnız stadionda temperaturun 35 dərəcə selsidən yuxarı olduğu hallarda tətbiq edilir. Toyuqlu pizza
UEFA yaxın illərdə keçiriləcək turnirlər, o cümlədən Çempionlar Liqası və Avro-2028 üçün bu qaydanı dəyişməyi düşünmür.
Avro-2028 iyunun 9-dan iyulun 9-dək İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək.
Telegram kanalımız