“Türkiyəni məğlub etməyin çox sadə yolunu tapdı həm Avstraliya, həm də Paraqvay: Topu verirlər sizə, öz aranızda ötürmələr edirsiniz, bir və ya iki dəfə də rəqib əks-hücum edib qol vurur. Vəssalam”.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Aut.az saytının baş redaktoru Natiq Muxtarlı öz “Facebook” səhifəsində yazıb. O qeyd edib ki, türkiyəli futbolçular hara gəldiklərinin fərqində deyildi:


“Topun Türkiyədə olması heç bir təhlükə yaratmırdı rəqiblər üçün. Ötürmələr bəsit idi, qeyri-adi heç nə edilmirdi, çox asan oxunurdu türklərin atacağı addım. Bunun da üstünə gəlin türk futbolçuların məsuliyyətsizliyini. Onlar hara gəldiklərinin fərqində deyildilər. Sanki okeanın o tayına yoldaşlıq görüşlərinə getmişdilər və rahat qələbə qazanacaqlarına da əmin idilər. Yoldaşlıq görüşləri bitdi, qayıdın boğazda balıq yeməyə”. Sezar pizza


Qeyd edək ki, Türkiyə milli komandası Dünya Çempionatında çıxışını vaxtından əvvəl başa vurub. "Ay-ulduzlular" II tur çərçivəsində Paraqvay yığmasına minimal hesabla (0:1) məğlub olub İlk turda da Avstraliyaya 0:2 hesabı ilə uduzan Türkiyə seçməsi ardıcıl iki uğursuz nəticədən sonra mundialla vidalaşıb.


Nazim Hacıyev



Telegram kanalımız