Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyevanın Türkiyədə istirahəti davam edir.
“Yeni Sabah” xəbər verir ki, bloger bir neçə gün əvvəl Fethiye bölgəsində yerləşən “Silence Villas” lüks istirahət kompleksində qalaraq sosial şəbəkələrdə paylaşımlar edib.
Hazırda isə o istirahətini daha yüksək səviyyəli başqa bir məkanda – “Liberty Signa” otelində davam edir. Dördpendirli pizza
Aynişan Quliyeva Fethiye səfəri çərçivəsində müxtəlif hotellərdə yerləşərək istirahətini dəyişkən formatda davam etdirir. O, sosial media hesabında həm dəniz, hovuz mənzərəli fotolar, həm də gecə əyləncələrindən görüntülər paylaşaraq diqqət çəkib.
Blogerin paylaşımlarında Fethiyenin lüks otelində istirahət etdiyi, gecə saatlarında isə şəhər mərkəzinə çıxaraq əyləncəyə qatıldığı əks olunur.
Əsmətxanım Rzazadə
Telegram kanalımız