Yazıçı, şair Həmid Herisçi Prezident İlham Əliyevin kabinetindəki baba yadigarı olan heykələ şeir həsr edib.


“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.


Bildirək ki, ötən gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbil edərkən iş kabinetində olan yeganə heykəldən danışıb: Marqarita pizza


“Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar.


Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır".


QAZİ


Qazavatdı,


Qazavatdı...


Gün də batdı.


Zahirdə yox,


Daxildə yol abaddı.


Yoldadı gör neçə vaxtdı


Qazi, yorub altındakı


Qıratı,


Dürr atı.


Ancaq, yenə salamatdı


Eşitdiyin,


Salavatdı.


Anası, nəzir qutusuna ruzusunu,


quzusunu atdı.


Atıbdı,


Nəyi tapıbdı.


Ancaq kimdi, hansı himcimdi


Tilsimdi,


Sirli mərasimdi


Dağıdan,


Axşamdakı qaramatı?


O fanatdı.


Ətrafında, daxilində qəribə bir farağatdı


Yolu yenə də uzatdı


Qurutdu yenə də nəm barıtı,


Sındırdı qara tabutu


Daxildəki, dualar.


Yolların qaydasıdı.


Uzanar.


Qazavatdı.


Qazavatdı.


Səni gözləyən


Camaatdı.


Sükutunda, muğamatdı.


Zahirdəki yox,


Daxildəki yol abaddı.


 


Aydan Hacı



Telegram kanalımız