2026-cı il futbol üzrə dünya çempionatının H qrupunda 2-ci turun İspaniya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçirilən oyun başa çatıb.


"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin Atlanta şəhərindəki "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşmada İspaniya millisi 4:0 hesabı ilə qələbə qazanıb.


Görüşün baş hakimi braziliyalı Rafael Klaus olub. pizza sifarişi


Qeyd edək ki, 2 turun nəticələrindən sonra İspaniya millisi 4 xal toplayaraq H qrupunun turnir cədvəlinə başçılıq edir. Səudiyyə Ərəbistanı isə 1 xalla dördüncü pillədə qərarlaşıb.


İspaniya yığması son turda Uruqvayla (27 iyun), Səudiyyə Ərəbistanı isə həmin gün Kabo-Verde ilə qarşılaşacaq.



Telegram kanalımız