Dəmir əskikliyi, bədəndə oksigen daşıyan hemoqlobin zülalının yetərsiz olması vəziyyətidir və müalicə edilmədikdə anemiyaya (qanazlığına) yol açır.


“Yeni Sabah”ın xəbər verir ki, tibbi araşdırmalara əsasən, hemoqlobin səviyyəsi səbəbindən ürək toxumalara kifayət qədər oksigen çatdırmaq üçün normaldan daha çox və daha sürətlə işləmək məcburiyyətində qalır. Bu vəziyyət nizamsız ürək döyüntülərinə (çarpıntıya) səbəb olur və zamanla ürək əzələsini zəiflədir.


Əsas əlamətləri: Marqarita pizza


Solğun və ya sarımtıl dəri


Daimi yorğunluq və halsızlıq


Təngnəfəslik (xüsusilə fiziki aktivlik zamanı)


Ürək döyüntülərinin artması


Pika xəstəliyi (torpaq, buz, təbaşir yemək istəyi)


Kövrək və ya qaşıq formasını alan dırnaqlar


Əllərdə və ayaqlarda üşümə


Saç tökülməsi


Düzgün qidalanmamaq, qan itkisi, hamiləlik və dəmirin sorulmasını əngəlləyən amillər (məsələn, yeməklə birlikdə çox çay/qəhvə içmək) buna səbəb olur. Hamilə qadınlar, yaşlılar, vegetarianlar və kiçik yaşlı uşaqlar daha çox risk altındadırlar.


 Qırmızı ət, dəniz məhsulları, paxlalılar, quru meyvələr və tünd yaşıl tərəvəzlər dəmir baxımından zəngindir. Əlamətlər müşahidə edildikdə qan testi edilməli və həkim nəzarəti altında 3-6 ay müddətində dəmir preparatları (əlavələri) istifadə olunmalıdır.


Cəlalə Cəlalqızı



Telegram kanalımız