Bir vaxtların əfsanəvi serialı olan Kurtlar Vadisində canlandırdığı “Nesrin Çakır” obrazı ilə yaddaşlara həkk olunan məşhur aktrisa İpek Tenolcay qatıldığı proqramda səmimi etiraflar edib.
“Yeni Sabah” xəbər verir ki, serialda Süleyman Çakırın həyat yoldaşı Nesrin rolunu oynayan aktrisa, ekran işinin həyatına təsirindən danışıb.
Tenolcay bildirib ki, uzun illər insanlar onu real adı ilə deyil, “Nesrin Yenge” kimi tanıyıblar: Toyuqlu pizza
“İllərlə avtodayanacağa pul ödəmədim. Gedirdim, “Xoş gəlmisiniz, Nesrin Yenge” deyirdilər. “Çakır ağabəyə salam söyləyin” deyirdilər. Ödəniş edəndə isə “Qətiyyən olmaz” deyib pul götürmürdülər. Bunları zarafat üçün danışmıram, həqiqətən də yaşadım və həyatım bir müddət belə keçdi”.
Aktrisa hətta özünü real adı ilə təqdim etdikdə belə insanların ona “Nesrin xanım” deyə müraciət etdiyini bildirib:
“Harasa gedib əvvəlcədən rezervasiya edirəm. Məni görəndə “Xoş gəlmisiniz, Nesrin xanım” deyirlər. “Mən İpek Tenolcayam” deyirəm, amma yenə də “Nesrin xanım” deməyə davam edirlər. Deməli, insanlar səni həmin obrazla tam eyniləşdirir”.
Aktrisanın açıqlamaları sosial şəbəkələrdə yenidən “Süleyman Çakır” nostaljisi yaradıb. Bununla yanaşı, serialın digər ulduzu Oktay Kaynarcaın şəxsi həyatı və əslən haralı olması da yenidən maraq mövzusuna çevrilib.
Telegram kanalımız