Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında yenidən Prezident İlham Əliyevdən kömək istəyib.
“Yeni Sabah” xəbər verir ki, aktrisa paylaşımında illər əvvəl Akademik Milli Dram Teatrının səhnəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Saranın həyatını canlandırdığını xatırladaraq, oxşar taleyi yaşadığını bildirib.
M.Xanlarova qeyd edib ki, Prezidentin çağırışlarına sadiq qalaraq məmur özbaşınalığını ictimailəşdirdiyi üçün sənətindən və doğma teatrından uzaqlaşdırılıb. O bu vəziyyəti “sürgün” adlandırıb. Marqarita pizza
Əməkdar artist paylaşımının sonunda onu bu durumdan yalnız Prezidentin “dəmir yumruğu”nun xilas edə biləcəyini vurğulayıb.
Aytac Əliyeva
Telegram kanalımız