Son illərdə sağlam qidalanmaya maraq artdıqca insanlar təkcə kaloriya deyil, qidaların tərkibinə də daha çox diqqət yetirməyə başlayıblar. Bu tərkibdə ən çox diqqət çəkən minerallardan biri maqneziumdur.


“Yeni Sabah”ın araşdırmasına əsasən, maqnezium orqanizmdə təbii şəkildə mövcud olan və müxtəlif qidalarla qəbul edilən vacib mineraldır. O, xüsusilə balanslı qidalanmanın əsas hissələrindən biri hesab olunur.


Bu mineralın əsas mənbələri: Marqarita pizza


yaşıl yarpaqlı tərəvəzlər


tam taxıllar


çərəzlər (qoz, badam və s.)


paxlalılar


bəzi meyvələr


Mütəxəssislər bildirirlər ki, sürətli həyat tərzi və nizamsız qidalanma bəzən mineral balansına təsir edə bilər. Buna görə gündəlik rasionda maqnezium tərkibli qidaların olması daha da önəm qazanır.


Sadə dillə desək, maqnezium sağlam qidalanmanın görünməyən, amma vacib “tikinti daşlarından” biridir.


Cəlalə Cəlalqızı



Telegram kanalımız